Azərbaycan iki ölkədən ketçup idxalını bərpa edib

Biznes
  • 27 may, 2024
  • 11:45
Azərbaycan iki ölkədən ketçup idxalını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 827 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 547 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 377 ton (+46 %), Türkiyədən 316 min ABŞ dolları dəyərində (+44 %) 193 ton (+35 %), Almaniyadan 112 min ABŞ dolları dəyərində (-10 %) 44,5 ton (-15 %), Qazaxıstandan 107 min ABŞ dolları dəyərində (+35 %) 89 ton (+27 %), Birləşmiş Ərəb Əmirliklərindən 45 min ABŞ dolları dəyərində (+3 dəfə) 34 ton (+2,3 dəfə) məhsul alıb.

Azərbaycan 5 il 8 aylıq aradan sonra Yaponiyadan (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 2 aylıq fasilənin ardından Avstriyadan (1 min ABŞ dolları dəyərində 0,2 ton) ketçup tədarükünü bərpa edib.