Azərbaycan Honkonqa qara kürü ixracını bərpa edib

Biznes
  • 21 yanvar, 2025
  • 13:05
Azərbaycan Honkonqa qara kürü ixracını bərpa edib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 1 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 91 % çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 499,4 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 5 dəfə) 0,5 ton (+5 dəfə), Amerika Birləşmiş Ştatlarına 215,7 min ABŞ dolları dəyərində (+74 %) 0,3 ton (+71 %), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 155,8 min ABŞ dolları dəyərində (+29 %) 0,1 ton (+29 %), Qazaxıstana 80 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Sinqapura 40,3 min ABŞ dolları dəyərində (+38 %) 0,02 ton (dəyişməyib) qara kürü satıb.

Azərbaycan 3 ilin tamamında Honkonqa (Çinin xüsusi inzibati rayonu) tədarükü (25,6 min ABŞ dolları dəyərində 0,03 ton) bərpa edib.

44 - Tezliklə