Azərbaycan holdinqi Gürcüstanda fəaliyyətini genişləndirmək istəyir
- 29 iyun, 2022
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərsun Holdinq" MMC Gürcüstanda fəaliyyətini genişləndirmək istəyir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda “Azərsun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan bildirib.
"Biz Azərbaycanda 1991-ci ildən bəri, Gürcüstanda isə 1993-cü ildən bəri fəaliyyət göstəririk. Qonşu ölkədə həm ticarət, həm də sənaye fəaliyyətlərimiz var. Amma Gürcüstanda qarşıdakı illərdə logistika sahəsində ciddi fəaliyyətə başlayacağıq, artıq bunun infrastrukturunu yaratmışıq. Bu il Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu müddətdə iki ölkə arasında böyük investisiya qoyuluşları, logistik layihələr həyata keçirilib. Azərbaycan və Gürcüstan regionda sözlərini deyən ölkələrdir və bir birilərinə dəstək verirlər. Biz də bu prosesin bir parçası olmağa çalışırıq", - deyə o, qeyd edib.