Azərbaycan Gürcüstanın mineral məhsul aldığı ikinci əsas bazardır
- 19 avqust, 2024
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 239 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 11 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 19,5 % payla 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1 milyard 224 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 5 % azdır.
Bu ilin ilk 7 ayında Gürcüstan Rusiyadan 483,6 milyon ABŞ dolları, Bolqarıstandan 92,2 milyon ABŞ dolları, Rumıniyadan 77,6 milyon ABŞ dolları, Türkiyədən 68,3 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.