Azərbaycan Gürcüstandan siqaret idxalını artırıb

Azərbaycan Gürcüstandan siqaret idxalını artırıb Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 203 680 qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları tədarük edib
Biznes
19 Aprel , 2021 13:40
Azərbaycan Gürcüstandan siqaret idxalını artırıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 203 680 qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları tədarük edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Məlumata əsasən, tütün məhsullarının ümumi dəyəri 5 136,8 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətdə qonşu ölkədən Azərbaycana ixrac olunan siqaret və tütün məmulatlarının həcmi 1,4 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi