Azərbaycan-Gürcüstan birgə müəssisəsi I yarımili mənfəətlə başa vurub

Biznes
  • 10 noyabr, 2023
  • 11:55
Azərbaycan-Gürcüstan birgə müəssisəsi I yarımili mənfəətlə başa vurub

"Max” MMC bu ilin I yarısını 304 min manat xalis mənfəətlə başa vurub.

"Report" bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, qurumun bölüşdürülməmiş mənfəəti 38,5 % artaraq 1,094 milyon manata çatıb.

Yanvar-iyun aylarında "Max"ın vergiyəqədərki mənfəəti 379 min manat, mənfəət vergisi ödəmələri isə 76 min manat təşkil edib.

Bu il iyulun 1-nə şirkətin aktivləri 3,338 milyon manat olub ki, bunun da 1,096 milyon manatı onun balans kapitalının, 2,242 milyon manatı isə onun öhdəliklərinin hesabına formalaşıb.

Xatırladaq ki, "Max" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Çap idarəetmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətin təsis paylarının 74 %-i Gürcüstanın eyni adlı şirkətinə, 25 %-i "PAŞA İnvestments" MMC-yə, 1 %-i isə Anar Abbasova (direktor) məxsusdur.

44 filmi