Azərbaycan əsas tədarük bazarlarından birindən cücə alışını kəskin artırıb
- 10 iyun, 2023
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 3,1 milyon ABŞ dolları dəyərində 5 milyon 816 min 370 ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuğu (cücə) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çoxdur, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 1,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 dəfə artıb) 2 milyon 891 min 243 ədəd (+2,2 dəfə), Türkiyədən 914,4 min ABŞ dolları dəyərində (-40 %) 2 milyon 789 min 800 ədəd (-50 %) və Rusiyadan 751,6 min ABŞ dolları dəyərində (-15 %) 135 min 327 ədəd (-22 %) cücə alınıb.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilmiş 22,1 milyon ədəd cücənin 48,6 %-i Türkiyənin, 47,4 %-i Gürcüstanın payına düşüb.