Azərbaycan əsas tədarük bazarından vafli alışını kəskin artırıb
- 16 aprel, 2024
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,95 milyon ABŞ dolları dəyərində 1 min 171 ton vafli və vafli həbləri idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 364 ton (+53 %), Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 532 ton (+2,6 dəfə), Bolqarıstandan 394 min ABŞ dolları dəyərində (-31 %) 83,5 ton (-41 %), Ukraynadan 334 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 108 ton (+3,3 dəfə), Polşadan 151 min ABŞ dolları dəyərində (+2 dəfə) 13,2 ton (+74 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 29 ölkədən idxal edilmiş 5 min 943 ton vaflinin 45,5 %-i Rusiyanın payına düşüb.