Azərbaycan əsas tədarük bazarından heyvan piyi alışını kəskin artırıb

Biznes
  • 24 iyul, 2024
  • 11:30
Azərbaycan əsas tədarük bazarından heyvan piyi alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 591 min ABŞ dolları dəyərində 334 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 61 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 406 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 190 ton (+2,3 dəfə), Rusiyadan 98,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 83,3 ton (+2,2 dəfə), Braziliyadan 42,7 min ABŞ dolları dəyərində (+0,1 %) 26 ton (-0,1 %), Paraqvaydan 24,8 min ABŞ dolları dəyərində (+24 %) 26 ton (+63 %) və Monqolustandan 19,2 min ABŞ dolları dəyərində 8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 677,5 ton heyvan piyinin 60,6 %-i Çinin payına düşüb.

44 filmi