Azərbaycan əsas tədarük bazarına viski satışını kəskin artırıb
- 24 noyabr, 2023
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 6 milyon ABŞ dolları dəyərində 14,5 min dekalitr viski idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 40 % çoxdur.
Azərbaycan Böyük Britaniyadan 3,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 7,8 min dekalitr (+23 %), İrlandiyadan 1,2 milyon ABŞ dolları dəyərində (+45 %) 4,15 min dekalitr (+48 %), Amerika Birləşmiş Ştatlarından 991 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 2,4 min dekalitr (+2,1 dəfə), Yaponiyadan 143 min ABŞ dolları dəyərində (+6 dəfə) 0,2 min dekalitr (+19 dəfə), Avstriyadan 31,3 min ABŞ dolları dəyərində (+11 %) 0,02 min dekalitr (+2 dəfə) viski alıb.
Hesabat dövründə Azərbaycandan 4,9 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 141,4 min dekalitr (+7,4 dəfə) viski ixrac edilib.
Azərbaycan Rusiyaya 4,6 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 137,1 min dekalitr (+8 dəfə), Belarusa 184,35 min ABŞ dolları dəyərində 4,1 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 66,1 min ABŞ dolları dəyərində (+11 dəfə) 0,02 min dekalitr (dəyişməyib) və Ukraynaya 10,1 min ABŞ dolları dəyərində (+6 dəfə) 0,1 min dekalitr (+5 dəfə) viski satıb.
2022-ci ildə Azərbaycandan ixrac edilmiş 122,32 min dekalitr viskinin 98,3 %-i Rusiyanın payına düşüb.