Azərbaycan Ekvadordan kakao idxal etməyə başlayıb

Biznes
  • 22 yanvar, 2025
  • 13:25
Azərbaycan Ekvadordan kakao idxal etməyə başlayıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində 1 085 ton kakao tozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 97 %, kəmiyyət olaraq 51 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 562 ton (+57 %), Niderlanddan 801 min ABŞ dolları dəyərində (+2 dəfə) 184 ton (+84 %), İspaniyadan 248 min ABŞ dolları dəyərində (+3 dəfə) 75 ton (+3 dəfə), Ukraynadan 222 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 84 ton (+2 dəfə), Malayziyadan 179 min ABŞ dolları dəyərində (+688 dəfə) 38 ton (+1 267 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ekvadordan tədarük (6,2 min ABŞ dolları dəyərində 0,3 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 750 ton kakaonun 51 %-i Türkiyənin, 13,3 %-i Niderlandın payına düşüb.