​Azərbaycan dərmanların qiymətinin süni artımına görə cərimələri dəyişir

​Azərbaycan dərmanların qiymətinin süni artımına görə cərimələri dəyişir Dərman vasitələrinin süni qiymət artımına görə 50 min manata qədər cərimə tətbiq olunacaq
Biznes
309
11 İyun , 2015 12:23
​Azərbaycan dərmanların qiymətinin süni artımına görə cərimələri dəyişir

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın dərman preparatları daxili bazarında süni qiymət artımına görə 50 min manata qədər məbləğdə cərimələrin tətbiqi nəzərdə tutulub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.

Z.İsayev cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi üçün artıq təkliflər paketinin hazırlandığını deyib: "Dərman vasitələrinin satışı ilə bağlı süni qiymət artımının qarşısını almaq üçün təkliflər paketi hazırlanıb. Hazırda bu təkliflər müzakirə edilir. Qəbul olunarsa, cərimələr 50 min manata qədər artırılacaq".

Son xəbərlər

Orphus sistemi