Azərbaycan Danimarka və Türkiyəyə alüminium folqa ixrac etməyə başlayıb

Biznes
  • 17 fevral, 2024
  • 07:51
Azərbaycan Danimarka və Türkiyəyə alüminium folqa ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 6,5 milyon ABŞ dolları dəyərində 1 min ton alüminium folqa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci göstəricisindən dəyər ifadəsində 0,01 %, kəmiyyət olaraq – 10 % azdır.

Azərbaycan Çindən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çoxdur) 371 ton (+10 %), Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (-33 %) 214 ton (-7 %), Yunanıstandan 1,2 milyon ABŞ dolları dəyərində (-20 %) 200 ton (-11 %), Niderlanddan 901 min ABŞ dolları dəyərində (-15 %) 123 ton (-41 %), Rusiyadan 583 min ABŞ dolları dəyərində (-17 %) 124 ton (-17 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində (+16 %) 1 min 203 ton (+65 %) alüminium folqa ixrac edib.

Azərbaycan Rusiyaya 3,5 milyon ABŞ dolları dəyərində (+17 %) 1 min 161 ton (+64 %), Türkiyəyə 62,1 min ABŞ dolları dəyərində 42 ton və Danimarkaya 0,03 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkaya və Türkiyəyə tədarük həyata keçirilib.