Azərbaycan daha üç ölkədən alüminium oksidi idxal etməyə başlayıb
- 26 fevral, 2024
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 50 milyon ABŞ dolları dəyərində 108 min 916 ton alüminium oksidi (əsasən alüminium istehsalında aralıq məhsul kimi istifadə olunur) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 13,3 milyon ABŞ dolları dəyərində 28 min 806 ton, Braziliyadan 12,7 milyon ABŞ dolları dəyərində 28 min 192 ton (bir il əvvəl tədarük olmayıb), Yamaykadan 11,1 milyon ABŞ dolları dəyərində 24 min 891 ton (bir il əvvəl tədarük olmayıb), Avstraliyadan 6,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % azdır) 14 min 274 ton (-54 %), Yunanıstandan 5,8 milyon ABŞ dolları dəyərində (-55 %) 12 min 607 ton (-52 %) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinadan (1,8 min ABŞ dolları dəyərində 2 ton), Danimarkadan (3 min ABŞ dolları dəyərində 0,3 ton) və İndoneziyadan tədarük həyata keçirilib.