Azərbaycan daha bir ölkədən çətir idxal etməyə başlayıb

Biznes
  • 11 yanvar, 2025
  • 11:49
Azərbaycan daha bir ölkədən çətir idxal etməyə başlayıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 781 min ABŞ dolları dəyərində 61 742 ədəd baş çətiri idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 537,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 81 % çoxdur) 2 802 ədəd (+10 %), Çindən 180,5 min ABŞ dolları dəyərində (+51 %) 58 730 ədəd (+2,5 dəfə), Ukraynadan 25,1 min ABŞ dolları dəyərində (+11 dəfə) 100 ədəd (+10 dəfə), Fransadan 19,4 min ABŞ dolları dəyərində 28 ədəd (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 15,8 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 10 ədəd (+5 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 27 min 566 ədəd çətirin 88,2 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti