Azərbaycan rəsmisi COP26-nın prezidenti ilə enerji transformasiyası üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan rəsmisi COP26-nın prezidenti ilə enerji transformasiyası üzrə əməkdaşlığı müzakirə edib Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib.
Biznes
22 Fevral , 2024 17:02
Azərbaycan rəsmisi COP26-nın prezidenti ilə enerji transformasiyası üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"S.A.Şarma ilə videokonfrans formatında keçirdiyimiz görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 tədbiri üzrə təşkilati məsələlər və birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq", - deyə o qeyd edib.

***

Nazirliyn bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüş videokonfrans formatında olub. Azərbaycan rəsmisi Böyük Britaniya ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, “yaşıl” enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verib, Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırıb, bu ölkənin COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edib.

S.A.Şarma Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrin səmərəli tərəfdaşlıq etdiyini bildirib. COP-la bağlı şəxsi təcrübəsini və COP29-un əsas gözləntilərindən olan maliyyələşmə ilə bağlı fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi