Azərbaycan Çindən əlil arabalarının alışını kəskin artırıb
- 01 iyun, 2024
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xarici ölkələrdən 754 min ABŞ dolları dəyərində 3 min 135 ədəd əlil arabası gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,7 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 728 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 dəfə çoxdur) 3 min 83 ədəd (+3,3 dəfə), Rusiyadan 22,5 min ABŞ dolları dəyərində 41 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 3 min ABŞ dolları dəyərində (-14 %) 9 ədəd (-70 %) və Almaniyadan 0,04 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edilib.
2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 2,4 milyon ABŞ dolları dəyərində əlil arabalarının 88,4 %-i Rusiyanın, 10,6 %-i Çinin payına düşüb.