Azərbaycan Çexiya və İtaliyadan tikiş maşınlarının idxalını bərpa edib
- 14 mart, 2024
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 4,85 milyon ABŞ dolları dəyərində 20 min 605 ədəd tikiş maşını idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 36 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 3,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % azdır) 16 min 52 ədəd (-42 %), Türkiyədən 519 min ABŞ dolları dəyərində (+7,2 dəfə) 696 ədəd (+39 %), Yaponiyadan 346 min ABŞ dolları dəyərində (+35 %) 196 ədəd (+2,1 dəfə), Tailanddan 302 min ABŞ dolları dəyərində (+41%) 2 min 560 ədəd (+2,6 %), Çexiyadan 178,5 min ABŞ dolları dəyərində 25 ədəd tikiş maşını alıb.
Azərbaycan 2 ilin tamamında İtaliyadan (4,75 min ABŞ dolları dəyərində 4 ədəd) və 2 il 3 aylıq fasilənin ardından Çexiyadan tədarükü bərpa edib.