Azərbaycan buğda idxalını 17% azaldıb

Azərbaycan buğda idxalını 17% azaldıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 243,4 milyon ABŞ dolları dəyərində 1 141,6 min ton buğda idxal edib.
Biznes
17 Noyabr , 2020 09:54
Azərbaycan buğda idxalını 17% azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 243,4 milyon ABŞ dolları dəyərində 1 141,6 min ton buğda idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 milyon dollar (17,5 %) və 229,4 min ton (16,7 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,8 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi