Azərbaycan bu il Xantı-Mansiyskdən 14 min kubmetr mişarlanmış taxta alıb
- 29 avqust, 2023
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin (Yuqra) Sovetski rayonundan 14,3 min kubmetr mişarlanmış taxta idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, məhsulları "Rosselxoznadzor"un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansi Muxtar Dairələri üzrə Departamenti yoxlayıb.
Hesabat dövründə bölgədən ümumilikdə 338,4 min kubmetr taxta ixrac edilib. Bunun 77,75 %-i və yaxud 263,1 min kubmetri mişarlanmış taxta, 22,25 %-i və yaxud 75,3 min kubmetri isə sənaye ağacı olub.
Bu il mişarlanmış taxtanın ən böyük alıcıları Çin (127,3 min kubmetr), Özbəkistan (119,2 min kubmetr), Azərbaycan (14,3 min kubmetr) və Qazaxıstan (66,8 min kubmetr) olub.