Azərbaycan BƏƏ-yə çay satışını 2 dəfə artırıb

Biznes
  • 13 noyabr, 2023
  • 14:00
Azərbaycan BƏƏ-yə çay satışını 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 44,8 milyon ABŞ dolları dəyərində 8 min 561 ton qara çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,4 %, kəmiyyət olaraq – 9 % azdır.

Azərbaycana Şri-Lankadan 34,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 6 min 512 ton (-9 %), Rusiyadan 4,6 milyon ABŞ dolları dəyərində (+46 %) 760 ton (+30 %), Hindistandan 3,2 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 787 ton (+2,3 dəfə), Keniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+39 %) 264 ton (+36 %), İrandan 374 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 64 ton (+8,5 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 3,7 milyon ABŞ dolları dəyərində (-55 %) 402 ton (-70 %) qara çay ixrac edib.

Azərbaycan Gürcüstana 1,9 milyon ABŞ dolları dəyərində (-42 %) 212 ton (-47 %), Ukraynaya 859 min ABŞ dolları dəyərində (+32 %) 98 ton (+23 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 334 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 32 ton (+2 dəfə), Səudiyyə Ərəbistanına 72,5 min ABŞ dolları dəyərində (+24 %) 6 ton (-11 %), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 96 min ABŞ dolları dəyərində (+71 %) 6 ton (+80 %) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (23 ölkəyə) ixrac edilmiş 11,15 milyon ABŞ dolları dəyərində qara çayın 43,6 %-i Gürcüstanın, 36,9 %-i Rusiyanın payına düşüb.