Azərbaycan BƏƏ-dən ətir alışını kəskin artırıb
- 21 avqust, 2023
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 14,75 milyon ABŞ dolları dəyərində 845 ton ətir və tualet suyu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Azərbaycan Fransadan 4,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,8 % azdır) 47,7 ton (-16,7 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,95 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 192 ton (+4,6 dəfə), İspaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (+53 %) 23,1 ton (+54 %), Çindən 1,4 milyon ABŞ dolları dəyərində (+91 %) 314,5 ton (+47 %), İtaliyadan 1,4 milyon ABŞ dolları dəyərində (+23,3 %) 20,1 ton (+7 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (28 ölkədən) idxal edilmiş 26,5 milyon ABŞ dolları dəyərində ətir və tualet suyunun 40 %-i Fransanın payına düşüb.