Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Biznes
  • 10 avqust, 2018
  • 13:29
Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 11 700 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 232 ədəd və yaxud 2,6 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 69 ədədi və yaxud 0,6%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 402 ədədi və yaxud 88,9%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 157 ədədi və yaxud 9,9%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi və yaxud 0,6%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 7 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 42 ədəd və yaxud 37,8%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 6 611 ədəd və yaxud 2,75 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 638 ədəd və yaxud 2,2 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 25 ədəd və yaxud 53,2% artıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti