Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib

Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib Azərbaycan Avstiya ilə birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparıb.
Biznes
18 Aprel , 2024 17:17
Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib

Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və bu ölkənin "Grabher Group GmbH" şirkətinin təsisçisi və baş icraçı direktoru Qünter Qraber ilə görüşdə ölkəmizin inklüziv biznes mühiti, potensial əməkdaşlıq sahələri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Qeyd edək ki, Avstriyanın “Grabher Group” şirkəti texniki tekstil sektorunda yüksək texnologiyalı məhsullar üzrə ixtisaslaşmış bir neçə törəmə şirkətdən ibarətdir. Şirkət tibb və gigiyena, hava və maye filtrləmə, ağıllı tekstillər, nanotexnologiyalar və yüngül kompozit materiallar üzrə xüsusi həllər təklif edir.

Son xəbərlər

Orphus sistemi