Azərbaycan Almaniyadan traktor alışını kəskin artırıb

Biznes
  • 10 iyul, 2023
  • 09:51
Azərbaycan Almaniyadan traktor alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 52,6 milyon ABŞ dolları dəyərində 2 min 301 ədəd traktor idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Niderlanddan 15,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 dəfə çoxdur) 708 ədəd (+3,4 dəfə), Almaniyadan 10,3 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 543 ədəd (+2,5 dəfə), Belarusdan 8,8 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 380 ədəd (+2,4 dəfə), İsveçdən 8,2 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 375 ədəd (+4,3 dəfə), Çindən 3 milyon ABŞ dolları dəyərində (+51 %) 112 ədəd (+22 %) texnika alıb.

2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilmiş 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti