Azərbaycan Gürcüstanın yerli istehsal mallarının idxalını 17 % artırıb
- 19 sentyabr, 2023
- 08:30
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 103,217 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da illik müqayisədə 17 % çoxdur.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycana ixrac qonşu ölkənin 8 aylıq yerli məhsul ixracının 5,3 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 930,466 milyon ABŞ dolları dəyərində yerli istehsal mal ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 22,1 % azdır.
8 ayda Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (365,14 milyon ABŞ dolları; 7 % çox), Türkiyə (262,939 milyon ABŞ dolları; 12 % az), Çin (223,939 milyon ABŞ dolları; 52,6 % az), Bolqarıstan (185,056 milyon ABŞ dolları; 35 % az) və Ermənsitan (104,942 milyon ABŞ dolları; 11 % az) olub.