Azərbaycan 8 ayda 32 milyon dollarlıq sement ixrac edib

Biznes
  • 24 sentyabr, 2024
  • 12:35
Azərbaycan 8 ayda 32 milyon dollarlıq sement ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 31,6 milyon ABŞ dolları dəyərində 510,9 min ton sement (hazır və ya klinker formasında) ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,4 % artıb, həcmi isə 6,6 % azalıb.

Avqustda isə ölkədən 5,4 milyon ABŞ dolları məbləğində 87 min ton sement (hazır və ya klinker formasında) ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 12,5 %2,4 % çoxdur.

8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.