Azərbaycan 2 ayda Türkiyədən 323 milyon dollarlıq mal alıb

Biznes
  • 04 mart, 2024
  • 06:33
Azərbaycan 2 ayda Türkiyədən 323 milyon dollarlıq mal alıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 322,6 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 11,6 % azdır. 2 ay ərzində Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 7,1 % artaraq 35 673,7 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (3,084 milyard ABŞ dolları; 0,5 % az), ABŞ (2,103 milyard ABŞ dolları; 13,1 % çox), İtaliya (1,994 milyard ABŞ dolları; 12,8 % çox) və İngiltərə (1,95 milyard ABŞ dolları; 15,2 % çox) həyata keçirib.

Təkcə fevral ayında isə Türkiyədən Azərbaycana 176 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 9,2 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1 %-i qədər olub.

44 filmi