AZCHEMCO şirkəti Vaşinqtonda innovativ layihələrin təqdimatını keçirib

AZCHEMCO şirkəti Vaşinqtonda innovativ layihələrin təqdimatını keçirib Azərbaycanın AZCHEMCO şirkəti Vaşinqtonda keçirilən regional САМСА 2022 (Central Asia, Mongolia, Caucasus, Afganistan) forumunda innovativ layihələrin təqdimatını keçirib.
Biznes
17 İyun , 2022 10:26
AZCHEMCO şirkəti Vaşinqtonda innovativ layihələrin təqdimatını keçirib

Azərbaycanın AZCHEMCO şirkəti Vaşinqtonda keçirilən regional САМСА 2022 (Central Asia, Mongolia, Caucasus, Afganistan) forumunda innovativ layihələrin təqdimatını keçirib.

“Report” xəbər verir ki, şirkət iyunun 16-sı keçirilmiş forumun sponsoru qismində çıxış edib.

Təqdimatda AZCHEMCO-nun direktoru Ruslan Akçurin şirkətin məhsullarının bir sıra üstünlükləri barədə danışıb, “Drip Drop 369”, “A3nergy” və “Drip Drop 369P” kimi məhsulların analoqlarının olmadığını vurğulayıb.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin, özəl sektorun, o cümlədən GoldenPay/Hesab.az və "AzGranata" şirkətinin nümayəndələri iştirak ediblər.

Forumun təşkilatçısı tanınmış alim Frederik Starrın başçılıq etdiyi ABŞ-ın Mərkəzi Asiya və Qafqaz İnstitutu, həmçinin Donald Ramsfeld Fondu olub. Forumda CAMCA regionunun iqtisadi perspektivləri müzakirə olunub. Əsas müzakirə mövzuları Ukraynadakı vəziyyətin regiona təsiri, Cənub və Şərq istiqamətində ticarət və logistika üsullarının dəyişməsi, habelə region və dünya ölkələrində qida təhlükəsizliyi məsələri olub.

Son xəbərlər

Orphus sistemi