Avropa İstehlakçılar Təşkilatı “Amazon” və “eBay”ə xəbərdarlıq etdi

Avropa İstehlakçılar Təşkilatı “Amazon” və “eBay”ə xəbərdarlıq etdi “Amazon” və “eBay” kimi onlayn ticarət platformaları satdıqları məhsula görə cavabdehlik daşımalıdır.
Biznes
5 May , 2020 18:37
Avropa İstehlakçılar Təşkilatı “Amazon” və “eBay”ə xəbərdarlıq etdi

“Amazon” və “eBay” kimi onlayn ticarət platformaları satdıqları məhsula görə cavabdehlik daşımalıdır.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Avropa İstehlakçılar Təşkilatının (BEUC) tövsiyələrində bildirilib.

32 ölkədə istehlakçıların maraqlarını təmsil edən Avropanın ən böyük təşkilatından bildiriblər ki, onlayn ticarət platformalarında tez-tez Avropa təhlükəsizlik standartlarına cavab verməyən məhsullar satılır. BEUC-nin hesabatında qeyd olunur ki, bu ilin fevral ayında “Amazon”, “AliExpress”, “eBay” və “Wish” platformalarında satılan 250 məhsul (elektrik əşyaları, oyuncaqlar, kosmetika və s.) yoxlanılıb və onların üçdə ikisinin Avropa təhlükəsizlik standartlarını pozduğu məlum olub.

“İstehlakçılar, o cümlədən uşaqlar üçün bu cür məhsulların alınması “tok vurma”dan tutmuş yanığa və ya boğulmaya qədər nəticələnə bilər”, - hesabatda deyilir. Bundan əlavə, təşkilat hesab edir ki, koronavirus pandemiyası dövründə platformalar onlar vasitəsilə satışların artması səbəbi ilə daha çox məsuliyyətli olmalıdırlar.

BEUC hesab edir ki, pandemiya onlayn platformaların cəmiyyətə və iqtisadiyyata necə təsir göstərə biləcəyini açıq şəkildə göstərdi.

“Odur ki, Avropa İttifaqının mövcud elektron ticarət direktivini tamamlayacaq bütün onlayn ticarət platformaları üçün bir sıra öhdəliklər və xüsusi məsuliyyət rejiminin işlənib hazırlanması lazımdır. Tövsiyələrə uyğun olaraq, platformalar şəffaflığı artırmalı və istehlakçıları mal və xidmətlərin tədarükçüləri barədə məlumatlandırmalı, istehlakçıların qorunması üçün lazımi tədbirlər görülməməsi, yanlış məlumat və ya zəmanət verilməsi və s. müqabilində məsuliyyət daşımalıdır”, - hesabatda vurğulanır.

Son xəbərlər

Orphus sistemi