Avadanlıq istehsal edən Almaniya şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Biznes
  • 22 iyun, 2022
  • 12:24
Avadanlıq istehsal edən Almaniya şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

"Boruların istehsalı və emalı avadanlıqlarının, maşınlarının hazırlanması üzrə ixtisaslaşmış Almaniyanın “AWS Schäfer Technologie GmbH” şirkəti Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir".

Bunu “Report”a şirkətin satış üzrə direktoru Konstantin Simmer bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanın müxtəlif bölgələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirir, belə ki, istehsal etdiyi texnologiyalar müxtəlif məqsədlərlə – külək enerjisi, boru istehsalı və sair kimi sahələrdə istifadə edilə bilər.

“Yerli istehsalçılarla əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün Bakıda səfərdəyik. Şirkətimiz bu sahədə qabaqcıl texnologiyalara malikdir və bu texnologiyaları Azərbaycanla bölüşmək istərdik”, - Simmer deyib.

O bildirib ki, Bakıda keçirilmiş və “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumu Azərbaycan ilə əməkdaşlığın potensialı ilə tanış olmaq imkanı yaratmış əla platformadır.

Qeyd edək ki, “AWS Schäfer Technologie GmbH” 50 ildən çoxdur ki, boruların istehsalı və emalı avadanlıqlarının, maşınlarının hazırlanması ilə məşğuldur.