ASA və Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

ASA və Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Biznes
26 İyul , 2024 13:42
ASA və Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bu barədə ASA məlumat yayıb.

Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, qurum bu günə qədər bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq edib. O, növbəti əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini bildirib.

Akademiyanın rektoru Urxan Ələkbərov isə müasir dövrdə sığorta xidmətlərinin əhəmiyyətindən danışıb, risklərin idarə edilməsində sığorta mexanizminin rolunu vurğulayıb. O, bildirib ki, Akademiyanın məzunları bir çox dövlət qurumlarında çalışırlar: "Arzuolunandır ki, bu əlaqələr sığorta sektoru ilə də qurulsun".

Son xəbərlər

Orphus sistemi