“Araz” mağazaları qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərir

“Araz” mağazaları qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərir Müştərilər QR kodu oxudub müvafiq sənədlərlə tanış ola bilərlər
Biznes
10 Dekabr , 2024 10:11
“Araz” mağazaları qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərir

Müştərilər QR kodu oxudub müvafiq sənədlərlə tanış ola bilərlər

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsi istehlakçıları yüksək keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin edir. Şəbəkəyə məxsus 300-dək mağaza gündəlik 400 mindən çox müştəriyə xidmət göstərir. Bu mağazaların hər biri qida təhlükəsizliyi tələbləri və beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Mağazalar onların ərazisində fəaliyyət göstərən "Xonça" şirniyyat bölmələri, həmçinin ictimai iaşə obyektləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq reysterindən keçərək qida təhlükəsizliyi qeydiyyatına alınıb. Beləliklə bütün "Araz" mağazaları qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərir.

Marketlər şəbəkəsi istehlakçıların alış-veriş etdikləri mağazanın qida təhlükəsizliyi tələblərinə uyğun, qanunvericiyilin tələbləri əsasında fəaliyyət göstərdiyindən əmin olması məqsədilə bu barədə müvafiq sənədləri onlar üçün əlçatan edib. Belə ki, mağazaların giriş qapısında xüsusi QR kodlar yerləşdirilib. Bu QR kodları oxutmaqla müştərilər alış-veriş etdikləri mağazaların, onların ərazisindəki “Xonça" şirniyyat bölmələri və kafelərin qida təhlükəsizliyi qeydiyyatından nə zaman keçdiyini, müvafiq çıxarışları və digər sənədləri əldə edə bilərlər.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi müştərilərinə hər gün təravətli meyvə-tərəvəz, keyfiyyətli, standartlara uyğun, halallıqla kəsilən təzə ət və ət məhsulları, sobadan yeni çıxmış isti "Xonça" şirniyyatları, un məmulatları, geniş çeşiddə qida və qeyri-qida məhsulları təqdim edir.

Son xəbərlər

Orphus sistemi