Bakı. 24 aprel. REPORT.AZ/ Amerikalı musiqiçi, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbax Bakıda Şopinq Festivalının keçirilməsini ölkənin dünyada daha da tanınması istiqamətində lazımlı addım kimi qiymətləndirir.
“Report”un məlumatına görə, uzun illərdir Azərbaycan muğamını ABŞ-da, Kanadada, Avropada təmsil edən, bütün ömrünü milli muğamımıza həsr edən C.Verbax www.bakushopfest.com saytına müsahibəsində bildirib ki, Bakıda belə bir festivalın keçirilməsindən xəbərdardır və hətta, təklif olunan endirimlərlə də tanış olmağa vaxt tapıb: “Mən çox əlverişli fürsətlər paketi gördüm. Hətta dəbdəbəli otellərə belə endirimlər tətbiq olunub”.
“Ümid edirəm ki, festival məqsədinə nail olub və Bakıya minlərlə turist axın edəcək” - amerikalı muğam ifaçısı qeyd edib.