AMEA: Biznes elmə vergi ayırmalıdır

Biznes
  • 16 iyun, 2017
  • 08:19
AMEA: Biznes elmə vergi ayırmalıdır
Report

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda biznes elmə 1% vergi ayırmalıdır. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti" mövzusunda Bakıda keçirilən konfransda bildirib. 

"Hesab edirəm ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Bilirəm, iş adamları deyəcəklər ki, vergilərdən xilas ola bilməyiblər, hələ elmə də vergi ayırmalıdırlar. Bunun bizə aiddiyyəti yoxdur. Elm biznesə tövhə verirsə, biznes də elmə stimul verməlidir", - A.Əlizadə əlavə edib.