“AmCham” ın Satınalmalar Komitəsinin iclası keçirilib

“AmCham” ın Satınalmalar Komitəsinin iclası keçirilib Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Satınalmalar Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Biznes
3 Sentyabr , 2020 12:10
“AmCham” ın Satınalmalar Komitəsinin iclası keçirilib

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Satınalmalar Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda “Dövlət satınalmaları sahəsində şikayətlərə baxılmanın ümumi prinsipləri və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov bu sahədə  şikayətlərin idarə olunması, şikayət ərizəsi, satınalma mərhələlərinə görə şikayətin müddətləri, şikayətlərin cavablandırılması və digər məsələlər barədə məlumat verib.

Satınalmalar üzrə mütəxəssis Elşən Həsənov isə “Dövlət satınalmalarında şikayətlərə baxılması, Azərbaycan təcrübəsi və tövsiyələr” mövzusunda təqdimat edərək, dövlət satınalmalarında şikayət mexanizmi, şikayətlərin verilməsi və mübahisəli məsələlərin həlli, malgöndərənlərin (podratçıların) müvafiq orqanlara şikayət vermək hüququ və.s mövzular barədə video-konfrans iştirakçılarını məlumatlandırıb. İclasda komitə rəhbərliyi və təqdimatçılar iştirakçıları maraqlandıran sualları cavablandırıb. Komitənin sədri Kənan Tabasaranski biznes subyektləri ilə açıq dialoqa dəstək verdiyi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təşəkkürünü ifadə edib.

“AmCham” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildən fəaliyyət göstərən təşkilat Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, həmçinin yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Son xəbərlər

Orphus sistemi