​Almaniya şirkəti Azərbaycan filialını bağlayır

​Almaniya şirkəti Azərbaycan filialını bağlayır Ötən gün şirkət Türkmənistandan da çıxdığını elan edib
Biznes
28 Oktyabr , 2015 11:03
​Almaniya şirkəti Azərbaycan filialını bağlayır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Almaniyanın "DEA Deutsche Erdoel AG" şirkətinin Azərbaycandakı filialı bağlandığını elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Bülbülə qəsəbəsi, Çaparidze küçəsi ev 9, mənzil 37 ünvanına bildirə bilərlər. 

Qeyd edək ki, mərkəzi Hamburq şəhərində yerləşən şirkət xam neftin və təbii qazın kəşfiyyatı və hasilatı üzrə əməliyyatlar aparır.

Xatırladaq ki, ötən gün şirkət Türkmənistandan da çıxdığını elan edib. Səbəb kimi isə bürokratik əngəllər və korrupsiya amillərinin mövcudluğu göstərilib.

Son xəbərlər

Orphus sistemi