Bakı. 24 oktyabr. REPORT.AZ/ “Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında ticarət dövriyyəsi artır və ümid edirəm ki, gələcəkdə daha da artacaq”.
“Report” xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.
O, Azərbaycanın həyata keçirdiyi mobil rezidentlik layihəsinin mühüm əhəmiyyətə malik olduğunu, onun gələcəyin layihəsi olduğunu vurğulayıb.
“Azərbaycan və Aİ hərtərəfli tərəfdaşlığı inkişaf etdirməlidir. Hazırda tərəflər yeni saziş üzərində işləyirlər. Bu isə hərtərəfli əməkdaşlığı əhatə edir. Azərbaycan Avropa və Asiya arasındakı marşrutun tam mərkəzində yerləşir. Ölkənin iki qitə arasında bağlantıya necə xidmət etməsi vacib amildir”, - o qeyd edib.