“Ağcabədi Avtotəmir”in rəhbərliyi yenidən formalaşdırılacaq
- 23 fevral, 2017
- 04:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 fevral. REPORT.AZ/ Aprelin 4-də, saat 11:00-da “Ağcabədi Avtotəmir” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 157 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki maliyyə - təsərrüfat fəaliyyətinin müzakirəsi və illik balansının təsdiqi, onun nizamnaməsinin yeni redaksiyada təsdiqi, İdarə Heyətinə sədr seçilməsi, Müşahidə Şurasının, icra orqanının və Təftiş Komissiyasının formalaşdırılması və digər məsələlər daxildir.
Xatırladaq ki, “Ağcabədi Avtotəmir” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 141 943,2 manatdır.