Afrika fillərinin Zimbabve, Botsvana, Namibiya və Cənubi Afrika Respublikasından digər qitələrə satışına qadağa qoyulub.
“Report” DW-yə istinadən xəbər verir ki, bununla bağlı
Fillərin heyvanxanalara və sirklərə satışını məhdudlaşdıran bu qərar onların təbii mühiti olan bölgələrə daşımasına hər hansı maneə yaratmır. Almaniyanın “Pro Wildlife” təşkilatının məlumatına görə, qərara qarşı ən çox çıxan ölkə Zimbabvedən 2012-2017-ci illər ərzində Çinə azı 108 fil balası ixrac olunub. Namibiya hökuməti isə CİTES-dən çıxacağını bildirib.
“Pro Wildlife” təşkilatının nümayəndəsi Daniela Frayer bildirib: “Fillər əqli səviyyəsi yüksək, sosial heyvanlardır. Belə ki, öz sürüsündən qoparılan fillər dərin sarsıntı keçirir və bunun fəsadlarını ömürboyu yaşayır, davranışları dəyişir, çox vaxt erkən dünyalarını dəyişirlər”.
Bunula belə,