“Adidas” Çindəki gəlirlərinin azalacağını gözləyir

Biznes
  • 11 mart, 2020
  • 14:40
“Adidas” Çindəki gəlirlərinin azalacağını gözləyir
google

Almaniyanın idman geyimləri nəhəngi “Adidas” Çində yayılmış koronavirus nəticəsində bu ilin I rübündə bu ölkədəki gəlirlərinin 10% azalacağını gözləyir. 

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, rüblük gəlirin əvvəlcə 450-570 milyon avro olacağı proqnozlaşdırılsa da, hazırda bu gözlənti 400-500 milyon avroya düşüb.