Enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan "ACWA Power" İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkil etdiyi “Dayaq” Mükafat tədbirində "2024-cü ilin Fəal Xarici Şirkəti” adına layiq görülüb.
Mükafatı "ACWA Power"ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qəbul edib. O bildirib ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 %-ə çatdırmaq, istixana qazı emissiyalarını 35 % azaltmaqla iqtisadiyyatın dekarbonizasiya etmək üçün ilhamverici hədəflər müəyyənləşdirib: “Strateji mövqeyi və geniş "yaşıl enerji" potensialı ilə Azərbaycan, regionda və onun hüdudlarından kənarda "yaşıl enerji"nin inkişafında və təmin olunmasında əsas oyunçulardan birinə çevrilməyə hazırdır. "ACWA Power" Azərbaycanın bu strategiyasını dəstəkləyir, ölkədə "yaşıl enerji", suyun duzsuzlaşdırılması layihələrinə sərmayə qoymağa böyük maraq göstərir”.
Bu ilin sentyabr ayında "ACWA Power Azərbaycan" və KOBİA arasında yaşıl sahibkarlığın təşviqi və Azərbaycanda mikro, kiçik və orta müəssisələr üçün iqlim dəyişikliyi məsələlərinin həlli üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, "ACWA Power" ölkədə keçirilmiş mühüm tədbir olan COP29-un Enerji və Su Tərəfdaşı olmuşdu. Hazırda şirkət investisiya dəyəri 340 milyon ABŞ dolları olan, 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasını inşa edir.
"ACWA Power" haqqında
"ACWA Power" (TADAWUL:2082) Səudiyyə Ərəbistanının səhmdar şirkəti, dünyanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması üzrə özəl şirkəti və "yaşıl enerji"yə keçid üzrə lideridir. 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılmış "ACWA Power" Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. Lokalizasiyaya xüsusi diqqət yeешrən "ACWA Power" 4 000-dən çox işçi heyəе ilə təmsil olunur və onların 60 %-i fəaliyyət göstərdiyi ölkələrin yerli əhalisidir.
Şirkətin portfeli istsmarda olan, inkişaf etdirilən və tikilməkdə olan 90 layihədən ibarətdir və ümumi sərmayə dəyəri 94,3 milyard ABŞ dolları təşkil edir. Şirkət, ümumilikdə 65,6 GVt enerji istehsalı gücünə malik layihələr həyata keçirir və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.
Daha ətraflı məlumat üçün:
Əlaqə üçün: