ABŞ Çindən gətirilən dərman məhsullarına rüsumu ləğv edib

ABŞ Çindən gətirilən dərman məhsullarına rüsumu ləğv edib ABŞ yeni növ koronavirusun yayılması ilə əlaqədar Çindən gətirilən onlarla tibbi məhsula tətbiq olunan rüsumları ləğv edib.
Biznes
7 Mart , 2020 12:52
ABŞ Çindən gətirilən dərman məhsullarına rüsumu ləğv edib

ABŞ yeni növ koronavirusun yayılması ilə əlaqədar Çindən gətirilən onlarla tibbi məhsula tətbiq olunan rüsumları ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ticarət missiyasının ofisinin sənədlərinə əsasən məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da 200-dən çox insan yeni növ koronavirusa yoluxub.

Sənədlərdə iddia olunur ki, ABŞ Ticarət Nümayəndəliyinin ofisi son günlər maskalar, əllər üçün antiseptiklər və diaqnostik əlcəklər üçün rüsumlarda istisnalar edib. Artıq “Medline International Inc.” şirkəti cərrahi xalatlardan tibbi qablara qədər 30 məhsul üçün istisnalar əldə edib.

Bu məhsulların hamısı daha əvvəl Çin mallarına tətbiq edilən tariflərin dördüncü raunduna daxil edilmişdi. Qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən 1 sentyabr 2019-cu ildə təsdiq edilmişdi.

Son xəbərlər

Orphus sistemi