ABŞ Çin mallarına qarşı rüsumlara dair möhləti uzadıb

ABŞ Çin mallarına qarşı rüsumlara dair möhləti uzadıb ABŞ hökuməti Çindən idxal etdikləri bir sıra məhsullara dair daha əvvəl tətbiq etdikləri rusumlardan möhlətin müddətini cari ilin 31 dekabr tarixinədək uzatdı.
Biznes
1 İyun , 2020 20:24
ABŞ Çin mallarına qarşı rüsumlara dair möhləti uzadıb

ABŞ hökuməti Çindən idxal etdikləri bir sıra məhsullara dair daha əvvəl tətbiq etdikləri rusumlardan möhlətin müddətini cari ilin 31 dekabr tarixinədək uzatdı.

“Report” xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin saytında yerləşdirilən rəsmi xəbərdarlıqda bildirilir.

Xatırladaq ki, ABŞ hökuməti 2018-ci ilin 6 iyul tarixində Çindən idxal etdikləri 34 milyard ABŞ dolları məbləğindəki məhsullara dair rüsum tətbiq etdikdən dərhal sonra həmin siyahıdakı bəzi məhsullarla bağlı möhlət tətbiq etmək barədə müxtəlif ABŞ şirkətlərindən müraciətlər gəlməyə başlamışdı. İndiyədək möhlət tətbiq edilən Çin məhsullarının 10 siyahısı tərtib edilib. 2019-cu ilin iyun ayında dərc edilmiş və 16 adda məhsulları əhatə edən sayca beşinci siyahının müddəti 4 iyun tarixində başa çatırdı. Yeni qərara görə həmin müddət ilin sonunadək uzadıldı.

ABŞ ilə Çin arasında ticarət sövdələşməsinin birinci mərhələsinə dair saziş cari ilin 15 yanvar tarixində Vaşinqtonda prezident Donald Tramp ilə Çinin baş nazirinin müavini Liu He tərəfindən imzalanıb. Bu sənədə görə Çin tərəfi birinci il ərzində ABŞ-dan idxalın həcmini 76,7 milyard ABŞ dolları, ikinci il ərzində isə 123,3 milyard ABŞ dolları artırmağa razılıq verir. ABŞ prezidenti bu sövdələşmə sayəsində ticarət kəsirini azalda biləcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi