Abdolbari Goozal: “Türkiyənin sənaye məhsulları istehsalçılarının Azərbaycana gəlməsi vacibdir"

Abdolbari Goozal: “Türkiyənin sənaye məhsulları istehsalçılarının Azərbaycana gəlməsi vacibdir" Bakı. 11 dekabr. REPORT.AZ/ “Azərbaycanla Türkiyə arasında çox dərin qardaşlıq əlaqələri var. Amma ticarəti hisslərlə aparmaq olmaz. Ciddi hesab-kitab etmək lazımdır ki, biz bir-birimizə nə verib, nə ala bilərik. Çox qardaşlar var bir-biri ilə ticarət aparmır və bəzən hətta bir-biilərinə zərər vururlar.
Biznes
11 Dekabr , 2018 14:52
Abdolbari Goozal: “Türkiyənin sənaye məhsulları istehsalçılarının Azərbaycana gəlməsi vacibdir

Bakı. 11 dekabr. REPORT.AZ/ “Azərbaycanla Türkiyə arasında çox dərin qardaşlıq əlaqələri var. Amma ticarəti hisslərlə aparmaq olmaz. Ciddi hesab-kitab etmək lazımdır ki, biz bir-birimizə nə verib, nə ala bilərik. Çox qardaşlar var bir-biri ilə ticarət aparmır və bəzən hətta bir-biilərinə zərər vururlar". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumunda “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozal deyib. 

O həmçinin bildirib ki, Türkiyənin sənaye məhsulları istehsalçılarının Azərbaycana gəlməsi vacibdir. 

"Azərbaycana Türkiyədən yalnız kiçik sərmayəli ticarətçilər gəlirlər. Sənayeçilər niyə gəlmirlər? Onlar bura gəlib istehsalla məşğul ola, pul qazana bilərlər. Azərbaycana bu gün istehsalçı lazımdır. Biz də ilk öncə ticarətlə başladıq. Sonra gördük ki, azərbaycanlılar özləri bunu edirlər. Ona görə biz daha texniki məsələlərə keçdik və istehsala başladıq ki, ticarət onlara qalsın", -  A.Goozal qeyd edib. 

Holdinq rəhbəri həmçinin iş adamlarını uzunmüddətli investisiyalar qoymağa səsləyib: "Əgər bir şəxs torpağında heyvan otararsa 50-100 heyvan saxlaya bilər. Əgər o torpaqda yonca əkərsə 10-50 dəfə çox heyvan saxlaya bilər. Mən 50-100 illik investisiyaların tərəfdarıyam. İnfrastruktur və kommunal xərclər var. Hər hektara azı 5-10 min ABŞ dolları xərc çəkilməlidir ki, ən yaxşı nəticə əldə edilsin. Bir investor yatırım edərkən 49 və yaxud 99 il investisiya qoyar ki, ona sahib çıxsın. Amma o, düşünür ki, 10 il bəsdir". 

A.Goozal dünyada meyvə istehsalı ilə bağlı vəziyyətdən də narahatlığını dilə gətirib və deyib ki, gələcəkdə təzə meyvə tapmaq çətin olacaq: “Sənayeləşmənin miqyası artdığı və insanların 70%-i şəhərlərdə məşkunlaşdığı üçün təzə meyvə lüks sayılacaq. Bəlkə də gələcək nəsillərin onu dadmaq şansı o qədər də olmayacaq. Ancaq yeni turizm növü yarana bilər. Tarlaya get, orda təzə meyvə ye, torbanı doldur və evinə gəl. Çünki dükanda bir neçə dəfə baha satılır. İndi Türkiyədə kəndli narahatdır. Deyir ki, mən tarlada 50 qəpiyə satıram, amma dükanda onun qiyməti 5 manatdır". 

Son xəbərlər

Orphus sistemi