4SİM: Azərbaycanda rəqamsal aktivlərdən gəlir əldə edənlər üçün tənzimləmə mexanizmləri hazırlanır

4SİM: Azərbaycanda rəqamsal aktivlərdən gəlir əldə edənlər üçün tənzimləmə mexanizmləri hazırlanır 4SİM: Azərbaycanda rəqamsal aktivlərdən gəlir əldə edənlər üçün tənzimləmə mexanizmləri hazırlanır
Biznes
10 Sentyabr , 2024 13:00
4SİM: Azərbaycanda rəqamsal aktivlərdən gəlir əldə edənlər üçün tənzimləmə mexanizmləri hazırlanır
Fariz Cəfərov

Azərbaycanda rəqamsal aktivlərdən gəlir əldə edənlər üçün tənzimləmə mexanizmləri hazırlanır

"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.

Bundan başqa, o qeyd edib ki, Azərbaycan elektron tender və viza platformalarını, fintex sahəsində maliyyə həllərini fəal inkişaf etdirir, pərakəndə ticarət, kiçik və orta müəssisələr üçün yeni imkanlar yaradır.

"1 200-dən çox kiçik və orta müəssisəyə dəstək göstərməyi planlaşdırırıq ki, bu da biznesə daha sürətlə rəqəmsallaşmağa, fəaliyyətini ölkə daxilində və beynəlxalq bazarlarda genişləndirməyə imkan verəcək," - deyə icraçı direktor qeyd edib.

Son xəbərlər

Orphus sistemi