Bakı. 19 dekabr. REPORT.AZ/ “BP şirkəti Azərbaycanda əmək bazarının inkişaf etməsində və təhsilin səviyyəsinin yüksəlməsində maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Dünya Bankının təşkil etdiyi “Azərbaycanda insan kapitalı üzrə” Forumda çıxış edən "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
B.Aslanbəyli qeyd edib ki,ötən ilin noyabr ayından bu günə qədər BP və tərəfdaşlarının həyata keçirdiyi sosial layihələr çərçivəsində 33 kitab nəşr olunub. “Bu 19 min nüsxə deməkdir. Onlardan 3-nü ötən həftə təqdim etdik. O cümlədən kənd təsərrüfatında peşə təhsili ilə bağlı
BP rəsmisi deyib ki, 10-15 il sonra əmək bazarı bugünkündən əhəmiyyətli şəkildə fərqlənəcək.