Türk Şurası: Xocalı soyqırımı bütün dünyanın ən ağrılı və qanlı hadisələrindən biridir

Türk Şurası: Xocalı soyqırımı bütün dünyanın ən ağrılı və qanlı hadisələrindən biridir Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqırımı təkcə Azərbaycanın yox, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biridir.
Xarici siyasət
26 Fevral , 2018 10:02
Türk Şurası: Xocalı soyqırımı bütün dünyanın ən ağrılı və qanlı hadisələrindən biridir

Bakı. 26 fevral. REPORT.AZ/ "Xocalı soyqırımı təkcə Azərbaycanın yox, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biridir".

“Report” xəbər verir ki, bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənovun bəyanatında bildirilir.

"Bəşəriyyətin şahidlik etdiyi ən qaranlıq gecələrdən biri olan Xocalı soyqırımı, təəssüf ki, tarixdə təkcə Azərbaycan Respublikasının deyil, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biri kimi qalıb. 1992-ci il fevralın 26-da Xocalıda baş verən bu insanlıq faciəsinin ağrılarını həmişə hiss edirik”, - bəyanatda deyilir.

Türk Şurası bütün dünyada sülh və sabitliyin olacağına və belə ağrılı hadisələrin bir də heç vaxt təkrarlanmayacağına ümidvar olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi