“Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçıları sammitə hazırlığı müzakirə edir

“Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçıları sammitə hazırlığı müzakirə edir “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin qeyri-rəsmi videokonfransı başlayıb.
Xarici siyasət
11 İyun , 2020 17:24
“Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçıları sammitə hazırlığı müzakirə edir

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin qeyri-rəsmi videokonfransı başlayıb.

“Report” xəbər verir ki, iclasa Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell sədrlik edir.

Görüş zamanı “Şərq Tərəfdaşlığı” ölkələrinin və Aİ ölkələrinin nazirləri proqrama üzv ölkələrin liderlərinin iyunun 18-də videokonfrans formatında keçiriləcək sammiti öncəsi qeyri-rəsmi fikir mübadiləsi aparacaqlar.

Müzakirələr “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı dövr üçün birgə məlumatına və proqramın beş uzunmüddətli siyasi məqsədinə yönəldiləcək: iqtisadiyyat və rabitə; qurumların hesabatlılığı; qanunun aliliyi və təhlükəsizlik; “yaşıl” və rəqəmsal çevrilmə; ədalətli və inklüziv cəmiyyətlər.

Nazirlər həmçinin COVID-19 ilə mübarizədə Aİ-nin tərəfdaş ölkələrə həm səhiyyə sektorunun ehtiyaclarını, həm də uzunmüddətli sosial-iqtisadi nəticələri özündə cəmləşdirən dəstəyini müzakirə edəcəklər.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi