Səfir: "Gələn il Gürcüstan və Azərbaycan arasında mühüm tədbirlər həyata keçiriləcək"

Səfir: "Gələn il Gürcüstan və Azərbaycan arasında mühüm tədbirlər həyata keçiriləcək" 2020-ci ildə Gürcüstan və Azərbaycan arasında əhəmiyyətli tədbirlər həyata keçiriləcək.
Xarici siyasət
18 Dekabr , 2019 19:20
Səfir: Gələn il Gürcüstan və Azərbaycan arasında mühüm tədbirlər həyata keçiriləcək

"2020-ci ildə Gürcüstan və Azərbaycan arasında əhəmiyyətli tədbirlər həyata keçiriləcək".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan biznes forumu, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası bu tədbirlər siyahısına daxildir.

Səfir bildirib ki, bu il iki ölkə arasında ticari-iqtisadi əlaqələr intensiv olaraq davam etdirilib.

Z.Pataradze Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib.

Diplomat vurğulayıb ki, cari ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin populyarlaşdırılması və marşruta yeni yüklərin cəlb edilməsi istiqamətində müxtəlif ölkə və platformalarda işlər aparılıb.

Qeyd edək ki, Z.Pataradze Tbilisidə Gürcüstanın xarici ölkələrdəki səfirlərinin illik konfransında iştirak edir.

Son xəbərlər

Orphus sistemi